Yan 03, 2017 20:18 Asia/Baku
  • İraqın Ərrəmadi şəhərində partlayış
    İraqın Ərrəmadi şəhərində partlayış

İraqın Ələnbar vilayətində həyata keçirilmiş terror hücumu nəticəsində bir hərbçi ölüb, bir mülki də yaralanıbdır.

Şəfəq Nyus xəbər portalının məlumatına görə, İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səəd Məən bu gün deyib ki, partlayış amili öz qurşağını Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərindəki bir yoxlama-buraxılış məntəqəsində partladıb.

Bir neçə terror hücumu da dünən Bağdad-Samirra istiqamətində gərginlik yaradıb. Bu hücumlarda azı 64 sivil ölüb, onlarla nəfər də yaralanıbdır.

Teqlər