Şeyx İsa Qasimə dəstək aksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254488-Şeyx_İsa_qasimə_dəstək_aksiyası
Bəhreynlilər tanınmış Bəhreyn ruhanisi Şeyx İsa Qasimə dəstək istiqamətində aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 07:48 Asia/Baku
  • Şeyx İsa Qasimə dəstək aksiyası
    Şeyx İsa Qasimə dəstək aksiyası

Bəhreynlilər tanınmış Bəhreyn ruhanisi Şeyx İsa Qasimə dəstək istiqamətində aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, minlərlə bəhreynli dünən gecə bu ölkənin müxtəlif məntəqələrində, o sıradan paytaxt Manamanın Əldiraz məntəqəsində aksiyalar keçirərək, Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirib və bir daha Şeyx İsa Qasimə dəstək veribdir.

Bəhreynlilər Şeyx İsa Qasimin Manamanın Əldiraz məntəqəsində yerləşən mənzili qarşısında aksiya keçirərək, vurğulayıblar ki, Ali-Xəlifə rejimi Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alan hökmü ləğv və bütün siyasi məhbusları azad etməlidir.

2016-cı ilin iyununda tanınmış Bəhreyn ruhanisi Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınması ilə Manamanın Əldiraz məntəqəsində hərbi hərəkətlər şiddətlənibdir.