İraqın Ələnbar vilayətində yerdə qalan məntəqələrin azad edilməsi əməliyyatı başlanıb
Əlaləm telekanalı İraqın Ələnbar vilayətindəki "Ənəh Vərah" və "Əlqaim" şəhərlərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının başlanmasından xəbər verib.
İraq ordusunun komandanlarından olan Qasim Əlmuhəmmədi bildirib ki, Ələnbar vilayətinin digər məntəqələrinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı bu gün səhərdən başlanıb və iraqlı qüvvələr "Hədisə Əlsəmud" məntəqəsindən Ərrəmadinin qərbində yerləşən "Ənəh Vərah" şəhərinə doğru hərəkət ediblər.
İraqlı qüvvələr bir neçə ay bundan əvvəl Ələnbar vilayətində yerləşən Ərrəmadi və Fəllucə şəhərlərini İŞİD-in işğalından azad etdilər.
Bu əməliyyat elə bir halda başlanıbdır ki, iraqlı qüvvələr Neynəva vilayətinin mərkəzi olan Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı ilə məşğuldurlar.