Bəhreyndə Şeyx İsa Qasımı himayə üzrə aksiya keçirilib
-
Bəhreyndə Şeyx İsa Qasımı himayə üzrə aksiya keçirilib
Bəhreynlilər Ali Xəlifə rejiminin mühasirəsində olan bu ölkənin baş ruhanisi Şeyx İsa Qasımı himayə üzrə aksiya keçiriblər.
İRİB-nin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin Şeyx İsa Qasımın "xüms" və "zəkat" toplamaq yolu ilə çirkli pulların dövriyyəyə daxil edilməsi ittihamı ilə mühakimə edilməsiə səy göstərdiyi bir vaxtda Bəhreyn xalqı cümə axşamı, axşam saatlarında Şeyx İsa Qasımın yaşadığı Əd-Diraz məntəqəsində piket və aksiya keçirərək, Ali-Xəlifə rejiminin bu hərəkətinə öz etirazını bildirib.
Aksiya iştirakçıları Əd-Diraz məntəqəsinin mühasirəsinə son qoyulmasını istəyiblər.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və həbs dalğasının artmasına baxmayaraq, Bəhreyn xalqı küçə və xiyabanlara axışaraq, əllərində Şeyx İsa Qasımın fotoşəkilləri Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirir və hakim rejimin repressiyalarını qınayırlar.
Bəhreyn məhkəməsi cümə axşamı Şeyx İsa Qasımın maliyyə hesabları ilə bağlı sənədləri əldə etdikdən sonra, növbəti məhkəmə iclasını 30 yanvar tarixinə təyin edib.
Şeyx İsa Qasım bütün ittihamları rədd edərək, indiyə kimi heç bir məhkəmə iclasında iştirak etməyib. O, həmçinin, hökumət tərəfindən tutulmuş vəkildən də imtina edərək, barəsində açılan məhkəmə işinin detalları barədə məlumat əldə etmək belə istəməyib.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq azadlıq, ictimai ədalət, bərabərlik və demokratik quruluş tələb edir.