İraq ordusu Mosula girdi
İraq qüvvələri Neynəva vilayətinin mərkəzi olan Mosulun İŞİD terror qruplaşması tərəfindən 2014-cü il iyun ayında işğal etdiyi zamandan ilk dəfə olaraq Mosulun azad olunması üçün bu şəhərə daxil olublar.
İraq ordusu qüvvələri Mosul şəhərinin şərq hissəsində öz irəliləyişlərinin davamında cümə günü bu şəhərdə İŞD terrorçularına ağır zərbə endiriblər və misilsiz əməliyyatda Mosul şəhərinin su kanalları vasitəsi ilə bu şəhərə daxil olublar.
İraq ordusu hərbi komandanları cümə günü İRNA ilə müsahibədə deyiblər: İraq ordusu öz irəliləyişlərinin davamında Mosulun şərq hissəsində Vəhdə məhəlləsini tamamilə azad edib və ordu qüvvələri bu şəhərin Şimali Gərac məhəlləsinə doğru irəliləyir.
Hərbi komandanların sözlərinə görə, cümə günündə Vəhdə məhəlləsinin tam nəzarətə götürülməsi ilə İraq ordusu öncətən təyin olunan proqramlara əsasən Dəclə çayı sahillərinə çata bilmişdir. Bu çay üzərində tikilən 5 körpü şəhərin iki tərəfini bir-birinə birləşdirir.
Neynəva vilayətinin azad edilməsi əməliyyatının komandanı Nəcm əl-Cəburi İRNA ilə müsahibədə İraq ordusunun Dəclə çayı sahilinə çatmasını təsdiqləyərək deyib: Tezliklə Mosulun şərq hissəsi tamamilə azad olunacaq və ordu qüvvələri bu şəhərin qərb hissəsinə daxil olmağa hazırlaşırlar.
Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi əməliyyatı 2016-cı il oktyabr ayında İraq baş nazirinin fərmanı ilə başlanıb və indiyə qədər bu şəhərin bir çox hissəsi azad edilmişdir.