Sionist heyətin Bəhreynə səfərinə reaksiyalar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254770-sionist_heyətin_bəhreynə_səfərinə_reaksiyalar
Bəhreynin hüquq ictimaiyyəti sionist heyətin paytaxt Manamaya səfərini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2017 07:38 Asia/Baku
  • Sionist heyətin Bəhreynə səfərinə reaksiyalar
    Sionist heyətin Bəhreynə səfərinə reaksiyalar

Bəhreynin hüquq ictimaiyyəti sionist heyətin paytaxt Manamaya səfərini pisləyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Bəhreynin bir qrup hüquq institutu cümə günü bir bəyanatda bildirib: İşğalçı İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasına qarşı çıxmağa və bu rejimin rəsmən tanınmamasına dair bu ölkənin rəsmi mövqeyinin olmasına rəğmən, sionist heyətin Manamaya səfəri təəccübləndirici haldır. 

Bəhreynin hüquq institutları parlamentin üzr istəməsi və İsrail heyətinin Bəhreynə səfərinin mahiyyətindən xəbərsiz olduğunu bildirməsinə toxunaraq bu ölkə hökuməti və əlaqədar qurumlardan sionistlərin Bəhreyn ictimaiyyətinə nüfuzu barədə həqiqətləri açıqlamalarını istəyiblər. 

Sionizmin qara keçmişini məhv etmək məqsədilə mürtəce ərəb dövlətləri, o cümlədən Bəhreynin sionist rejimi ilə əlaqələrinin normallaşdırılması elə bir haldadır ki, buölkə ötən beş il ərzində de-stabillik içində olmuş və Ali-Xəlifə rejimi vətəndaşların dinc etiraz aksiyalarını yatırmış və dini liderləri həbs etməklə öz qanuniliyini həddindən artıq itirmişdir.