Suriyada Ən-Nüsrə Cəbhəsinin başçılarından biri öldürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254872-suriyada_Ən_nüsrə_cəbhəsinin_başçılarından_biri_öldürüldü
Ən-Nüsrə Cəbhəsi terror qruplaşması bildirib: Hərbi başçılardan Əbu Yusif əl-Ənsari İdlibin cənub-şərqində Sincara gedən Ümm Məvilat yolunda onun avtomoboilinin hərəkət etdiyi yolda bomba partlayışı nəticəsində həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2017 07:32 Asia/Baku
  • Suriyada Ən-Nüsrə Cəbhəsinin başçılarından biri öldürüldü
    Suriyada Ən-Nüsrə Cəbhəsinin başçılarından biri öldürüldü

Ən-Nüsrə Cəbhəsi terror qruplaşması bildirib: Hərbi başçılardan Əbu Yusif əl-Ənsari İdlibin cənub-şərqində Sincara gedən Ümm Məvilat yolunda onun avtomoboilinin hərəkət etdiyi yolda bomba partlayışı nəticəsində həlak olub.

İRNA-nın məlumatına görə, əl-Ənsari Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının sursatlar üzrə məsulu olub və bəzi medialar onun əsil adının Məhəmməd əl-Məri olduğunu bildiriblər. 

Ən-Nüsrə Cəbhəsi terror qruplaşması indiyə qədər Əbu Yusif əl-Ənsarinin terror edilməsinə görə heç bir qurpu ittiham etməyib və heç bir qrup da Əbu Yusif əl-Ənsarinin öldürülməsinin məsuliyyətini üzərinə götürməyib. 

Suriya ordusunun terror qrupları, xüsusilə də Ən-Nüsrə Cəbhəsi qruplaşması qarşısındakı son qələbələri terrorçular arasında güclü ixtilafların yaranmasına səbəb olub və indiyə qədər bu terror qruplaşmasının çoxlu sayda başçısı bir-birləri tərəfindən öldürülmüşdür. 

Ən-Nüsrə Cəbhəsi (Fəthuş-Şam) İŞİD-in kənarında BMT Təhlükəsizlik Şurası tərəfindən terror qruplaşması tanınmışdır.