İraqın Əl-Ənbar vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatı davam edir
Yan 08, 2017 16:23 Asia/Baku
İraqın qərbində yerləşən Əl-Ənbar vilayətinin tamamiylə İŞİD terrorçularından təmizlənilməsi əməliyyatı üçüncü gündür ki davam etdirilir.
İRİB-nin verdiyi məlumata görə, İraqın təhlükəsizlik qüvvələri baş qərargahın əmri ilə Əl-Ənbar vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatını 4 istiqamətdə davam etdirirlər.
İraqlı qüvvələr ötən il Əl-Ənbar vilayətinin Fəllucə və Ərrəmadi şəhərlərini İŞİD terrorçularının işğalından azad etmişdir.
Bu vilayətin digər ərazilərinin də İŞİD-in işğalından azad edilməsi əməliyyatı elə bir şəraitdə başlanılıb ki, iraqlı qüvvələr eyni zamanda Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsi əməliyyatı ilə məşğuldurlar.