Fransa deputatları Bəşar Əsədlə görüşüblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254923-fransa_deputatları_bəşar_Əsədlə_görüşüblər
Fransa parlamentinin sağçı deputatlarından ibarət üç nəfər orta şərq hadisələri ilə əlaqədar Suriya prezidenti ilə görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2017 13:16 Asia/Baku
  • Fransa deputatları Bəşar Əsədlə görüşüblər
    Fransa deputatları Bəşar Əsədlə görüşüblər

Fransa parlamentinin sağçı deputatlarından ibarət üç nəfər orta şərq hadisələri ilə əlaqədar Suriya prezidenti ilə görüşüblər.

Lofiqaro qəzetinin portalının verdiyi məlumata görə, Thierry Mariani bu gün Dəməşqdə Suriya prezidenti Bəşar Əsədlə görüşüb, görüşdə Suriya məsələləri və bu ölkədə baş verən son hadisələr müzakirə edilib. 

Saat yarım davam edən görüşdə başqa iki deputat "Nicolas Dhuicq" və "Jean Lassalle"-də iştirak ediblər. Onlar öz səfərlərini şəxsi təşəbbüskarlıq əsasında və Suriya durumunun reallığını başa düşdüklərinə görə  reallaşdırdıqlarını dilə gətiriblər. 

Fransalı üç deputatın Livana da səfər edəcəkləri gözlənilir onlar Livanda bu ölkənin prezidenti Meşel Oun və baş naziri Rəfiq Həriri ilə də görüşəcəklər. 

Fransanın sosialist hökuməti dəfələrlə bu ölkənin deputatlarının Suriyaya səfərinə və Suriya rəsmiləri ilə görüşlərinə tənqidlə yanaşsa da bu proses davam etməkdədir.