Ali-Səud Yəmən neftini ələ keçirmək istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255130-ali_səud_yəmən_neftini_ələ_keçirmək_istəyir
Ali-Səud rejimi Yəmənin Cəvf əyalətindəki neftlə zəngin ərazilərə nəzarəti ələ keçirmək üçün bu məntəqədə qarşıdurma və toqquşmaları körükləməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2017 08:09 Asia/Baku
  • Ali-Səud Yəmən neftini ələ keçirmək istəyir
    Ali-Səud Yəmən neftini ələ keçirmək istəyir

Ali-Səud rejimi Yəmənin Cəvf əyalətindəki neftlə zəngin ərazilərə nəzarəti ələ keçirmək üçün bu məntəqədə qarşıdurma və toqquşmaları körükləməyə çalışır.

Əl-İtticah telekanalının verdiyi məlumata görə, son zamanlar ifşa edilən məxfi məlumatlardan aydın olur ki, Yəmənin Ərəbistan ilə sərhəd məntəqədə yerləşən Cəvf əyaləti bu ölkənin ən zəngin məntəqəsi sayılır. Çünki, burda neft yataqları mövcuddur. Belə ki, dünyanın 3-cü ən iri neft yatağı məhz Yəmənin Cəvf əyalətində yerləşir. Ərəbistan rejimi bu məntəqədə qarşıdurma və toqquşmalara səbəb olacaq addımlar atmaqla, neftlə zəngin olan Cəvf əyalətinə nəzarəti öz əlinə almaq və orda olan neftdən faydalanmaq istəyir. 

Bir Yəmən vətəndaşı bu barədə deyir: Ərəbistan Yəmənin neftlə zəngin məntəqəsinə  yiyələnmək üçün bu ölkəyə təcavüz edib. Neft yataqlarının kəşf edilməsi sahəsində fəaliyyət göstərən dünyanın iri şirkətləri Ərəbistan yarımadasındakı ən iri neft yatağının Yəməndə olmasından xəbər veriblər. Bu neft yatağı Yəmənin Məarib, Cəvf, Həzərəmot, Şəbuh və Əbyən əyalətləri ərazisində yerləşir. 

Araşdırmalara əsasən Yəmən sadəcə Cəvf əyalətində yerləşən neft yatağından gün ərzində 2.5 milyon barel neft ixrac edə bilər. Bu məsələ Yəməni regionun ən böyük neft ixracatçılarından birinə çevirə bilər. Bu isə Ərəbistanı xeyli nigaran edir. 

Bu hesabatda həmçinin deyilir: Ərəbistan hələ 100 il öncədən Yəmənin zəngin neft yataqları barədə ətraflı məlumata malik olub. Mövcud məlumatlara görə, bu neft yataqlarının istismarı Ərəbistan nefti üçün ciddi təhlükə sayılır. 

Ərəbistanın Cəvf əyalətindəki neft yataqlarına yiyələnmək üzrə tamahkarlıqları bu ölkənin Yəmənə hücum etməsinə və neft ilə zəngin məntəqələrin ələ keçirilməsi planının ciddi şəkildə izlənilməsinə səbəb olub.