İraqın xalq səfərbər qüvvələri ABŞ hərbçilərinin tranzitinə mane olublar
İraqın xalq səfərbər qüvvələrinin tabeliyində olan Ənnücəba hərəkatı qüvvələri öncə də bildirdiyi kimi, Əccibalül-Məkhul bölgəsindən keçməsinə mane olub.
Fars informasiya agentliyinin bu ün yaydığı məlumata görə, ABŞ hərbçilərinə aid olan zirehli texnika əməliyyatın sıfır nöqtəsinə doğru hərəkəti istiqamətində Səlahəddin vilayətinin şimalında yoxlama-buraxılış məntəqəsindən keçərkən İraqın Nücəba islami müqavimət qüvvələrinin müqavimətinin şahidi olublar və onların hərəkətinə icazə verilməyib.
Ənnücəba islami müqavimət döyüşçüləri anti-ABŞ şüarlar səsləndirərək Amerikan hərbçiləri Əccibalül-Məkhul bölgəsindən tam uzaqlaşanadək müşayiət ediblər.
İraqın nücəba hərəkatının sözçüsü Haşim Musəvinin dediyinə görə, Əl-Həşədüşşəbi qüvvələri amerikan hərbçilərin İŞİD terrorçularına yardım göstərdikləri qənaətində olaraq ABŞ hərbçilərinin Səlahəddin vilayətində fəaliyyətinə qarşı çıxır.
İraq ordusunun tabeliyində olan müştərək əməliyyat qərargahı amerikan hərbçilərin Əccibalül-Məkhul bölgəsində fəaliyyətdə məqsədinin terrorizm ilə mübarizə üçün iraqlı qüvvələrə təlimat keçmək olduğunu bildirmişdi.
İraqın Səlahəddin vilayətinin şimalında Əccibalül-Məkhul bölgəsinin sıfır əməliyyat zonasının təhlükəsizliyi Nücəba islami müqavimət hərəkatının öhdəsinə verilib.
Əl-Həşədüşşəbinin komandanlarından olan Salim Əssəvidavi də bildirib ki, Amerika hərbçiləri İŞİD terrorçularını onlara silah-sursat verərək dəstəkləyirlər.
İraq parlamenti son vaxtlar bir layihəni qəbul edərək Həşədüşşəbi qüvvələrini İraq ordusu və hərbi qüvvələrinə daxil etdi və onların fəaliyyətini qanuniləşdirdi.