Ali-Xəlifə rejiminin repressiyaları davam edir
-
Ali-Xəlifə rejiminin repressiyaları davam edir
Bəhreyn qaynaqları Ali-Xəlifə rejiminin hərbçilərinin Setre qəsəbəsinə hücum edərək sakinlərin mənzillərində axtarışlar apardıqlarını bildiriblər.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin hərbçiləri bu gün səhər çağı Bəhreyn inqilabının beşiyi kimi tanınan Setrə qəsəbəsinə hücum edərək Vadian kəndinin sakini Əhməd Əbdül-Vəhhab Əl-Xəyyatı həbs ediblər.
Öncə də Bəhreynin Daxili İşlər Nazirliyinin qüvvələri Co həbsxanasına edilən hücumda 10 məhbusun azad edilməsindən sonra qaçan məhbusları tapmaq üçün vətəndaşların mənzillərində axtarışlar aparmışdılar.
Bəhreyn 2011-ci il 14 fevraldan başlayaraq Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.
Bəhreyn xalqı azadlıq və ədalətin bərqərar olunmasını və seçki yolu ilə hökumətin təşkilini eləcə də ayrı seçkiliklərə son qoyulmasını istəyir.
Ali-Xəlifə rejimi xalqın etirazlarını yatırtmaq üçün çoxlu sayda müxalifət liderini həbs edib və onlara qarşı məhkəmə işi açaraq uzun müddətli həbs hökümləri çıxarıb.