Yəməndə Ali-Səud muzdlularının cinayətləri davam edir
-
Yəməndə Ali-Səud muzdlularının cinayətləri davam edir
Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin Sədə vilayətinin 9-cu şəhərində Bəni Rətəz bazarına qarşı hava hücumunda bir uşaq və iki digər vətəndaş şəhid olub.
İRİB-in verdiyi məlumata görə, Təəz vilayətində də Səudiyyə muzdlularının bir ədəd apaçi vertolyotundan açılan atəş nəticəsində iki mülki şəhid olub.
Səudiyyə muzdlularının vertolyotlarının Babül-Məndəbdə Əl-Cədidə bölgəsində balıqçıların qayığına qarşı hücumunda da iki nəfər şəhid olub. Səudiyyə hərbi təyyarələrinin Əzzübeyrə bölgəsinə hücumunda isə ən azı 4 nəfər yaralanıb.
Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı muzdlularının cinayətlərinə cavab olaraq Ceyzanda iki səudiyyə muzdlusunu hədəfə alıblar.
Yəmən ordusu və xalq komitələrinin raket və artleriya bölmələri həmçinin Səudiyyə ordusunun Ceyzan Nəcran və Əsirdəkı qərargahlarını hədəfə alaraq Səudiyyə hərbçilərinə ağır xəsarət vurublar.