Yəmənin şimalında Səudiyyə təcavüzkarları öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255577-yəmənin_şimalında_səudiyyə_təcavüzkarları_öldürülüb
Yəmən ordusu və xalq qüvvələrinin əməliyyatları nəticəsində Səudiyyə Ərəbistanının bir neçə təcavüzkar qüvvəsi öldürülüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2017 14:31 Asia/Baku
  • Yəmənin şimalında Səudiyyə təcavüzkarları öldürülüb
    Yəmənin şimalında Səudiyyə təcavüzkarları öldürülüb

Yəmən ordusu və xalq qüvvələrinin əməliyyatları nəticəsində Səudiyyə Ərəbistanının bir neçə təcavüzkar qüvvəsi öldürülüb və yaralanıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri bu gün Səudiyyə təcavüzkarlarının Əl-Cof vilayətində Əl-Qəvihəş bölgəsinə doğru irəliləyişini dayandırıb. 

Yəmən ordusunun artleriya bölməsi isə Təəz və Ləhəc vilayətlərində Səudiyyə hərbçilərinin toplaşdıqları əraziləri hədəfə alaraq bir neçə Səudiyyə hərbçisini məhv edib. 

Bu əməliyyatda Səudiyyə hərbçilərinin bir neçə zirehli texnikası da məhv edilərək onlara ağır ziyan vurulub. 

Digər tərəfdən yəmənli mənbələr Əbin vilayətinin Ludər şəhərində yoxlama-buraxılış məntəqəsində bir bombalı avtomobilin partladılmasından xəbər veriblər. 

Yəməndə təhlükəsizlik böhranının güclənməsi ilə İŞİD terrorçuları bu ölkədə fəaliyyətlərini artırıblar.