YUNİSEF(UNICEF) Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsi haqda xəbərdarlıq edib
BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF) bildirib ki, Ərəbistanın Yəmənə qarşı müharibəsi bu ölkədə 1400 uşağın həyatına son qoyub.
Frans-Press-in məlumatına görə, YUNİSEF-in BMT-dəki nümayəndəsi Meriksel Relano Yəməndəki tələfatın miqdarının təsdiq olunmuş saydan daha yuxarı olduğunu qeyd edərək, deyib ki, yəmənli uşaqlar təhsil əvəzinə, ölüm, savaş və dağıntının şahididirlər.
BMT-nin statistikasına görə, Ərəbistanın 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücumunun başlanmasından bəri bu ölkədə 7300-dən çox insan həlak olub, təqribən 39 min nəfər də yaralanıbdır.
Relano Yəməndə döyüşən tərəflərdən istəyibdir ki, uşaqların həyatını qoruyaraq, məktəblərə qarşı hücumlarına son qoysunlar.
Bu xahiş yanvarın onunda Ərəbistanın Yəmənin şimalındakı bir məktəbə qarşı hücumundan sonra irəli sürülübdür ki, xəstəxana mənbələrinin bildirdiklərinə görə, həmin hücumda beş nəfər həlak olubdur.
Relanonun sözlərinə görə, Yəməndə təqribən iki min məktəb Ərəbistanın hücumları ucbatından dağılıbdır.
YUNİSEF son zamanlar da bildirmişdi ki, təqribən 2 milyon 200 min yəmənli uşaq kəskin qida çatışmazlığı ilə üz-üzədir.
YUNİSEF habelə Yəməndə səhiyyə sisteminin çökməsi haqda xəbərdarlıq edibdir.