Yan 12, 2017 11:58 Asia/Baku
  • Mosulun şərq hissəsinin 80%-dən çoxu azad edilib
    Mosulun şərq hissəsinin 80%-dən çoxu azad edilib

İraqın terrorizmlə mübarizə qüvvələrinin sözçüsü Mosulun şərq hissəsinin 80-85%-nin tam şəkildə İŞİD-in işğalından azad edilməsindən xəbər verib.

Əlaləm-in məlumatına görə, İraqın terrorizmlə mübarizə qüvvələrinin sözçüsü Səbah Əlniman deyib ki, iraqlı qüvvələr terrorizmlə mübarizəni və Mosulun İŞİD-in işğalından tam şəkildə azad edilməsi əməliyyatını davam etdirirlər, amma terrorçuların mülkilərdən isan qalxanı kimi istifadə etmələri və Mosulda yüz minlərlə sivilin iştirak etməsinə görə, terrorçularla döyüş çətinləşibdir.

Belə bir halda, Mosulun azad edilməsi əməliyyatının komandanlarından olan Əbdulamir Yarəllah dünən Mosulun şərqində yerləşən "7 aprel", həmçinin "Əlmaliyyə" və "Əlsiddiq" məntəqələrinin azad edilməsindən xəbər verib və bildirib ki, Mosulun şərqində terrorçuların işğalı altında olan məntəqələr məhdudlaşdırılıbdır.

Mosulun azad edilməsi əməliyyatı İraqın baş naziri və İraq silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadiin fərmanı ilə 2016-cı il oktyabrın 17-də altı istiqamətdən başlanıb.

Teqlər