ABŞ ordusu əfqan sivillərin evlərinə ölümcül atəşin açılmasını etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255793-abŞ_ordusu_əfqan_sivillərin_evlərinə_ölümcül_atəşin_açılmasını_etiraf_edib
Amerika ordusunun Əfqanıstandakı komandanlığı bildirib ki, amerikalı hərbçilərin noyabr ayında Qonduz vilayətində taliblərlə döyüşü barədə təhqiqatlar göstərir ki, amerikalı hərbçilər əfqanların evlərini atəşə tutublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2017 14:03 Asia/Baku
  • ABŞ ordusu əfqan sivillərin evlərinə ölümcül atəşin açılmasını etiraf edib

Amerika ordusunun Əfqanıstandakı komandanlığı bildirib ki, amerikalı hərbçilərin noyabr ayında Qonduz vilayətində taliblərlə döyüşü barədə təhqiqatlar göstərir ki, amerikalı hərbçilər əfqanların evlərini atəşə tutublar.

IRNA-nın məlumatına görə, bu təhqiqatlar həmin vilayətdəki bir kənddə mülkilərin ölümünün amerikan qüvvələrin hava hücumlarından irəli gəldiyi iddia olunduqdan sonra aparıldı.

Bu döyüşlər nəticəsində 33 mülki həlak olub, 27 nəfər də yaralanıbdır.

Amerikanın Əfqanıstanı işğal etdiyi 2001-ci ildən bəri amerikalı hərbçilər hava hücumları və birbaşa atəşlər nəticəsində yüzlərlə əfqan mülkini qətlə yetiriblər və Amerika ordusunun məhkəmə aparatı onların cinayətlərinə baxmayıbdır.