Ərəbistan şiələrindən biri həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255892-Ərəbistan_şiələrindən_biri_həyatını_itirib
Ərəbistan şiələrindən biri Ali-Səud rejimi məmurlarının işgəncələri nəticəsində zindanda həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2017 22:03 Asia/Baku
  • Ərəbistan şiələrindən biri həyatını itirib

Ərəbistan şiələrindən biri Ali-Səud rejimi məmurlarının işgəncələri nəticəsində zindanda həyatını itirib.

Fars xəbər agentliyinin məlumatına görə, ərəbistanlı hüquq fəalları bu gün bildiriblər ki, bir həftə bundan öncə puç dəlilə görə, Ali-Səud rejiminin məmurları tərəfindən həbs olunmuş Ərəbistanın şərqindəki Qətif məntəqəsinin sakini Cabir Ələqili işgəncə nəticəsində həyatını itirib.

Bu məlumata görə, səud başçıları onun ölümü məsuliyyətinin altından qaçmaq üçün iddia ediblər ki, Ələqili zindanda özünü asıbdır.

Ərəbistan başçıları Ələqilinin ailəsindən istəyiblər ki, onun cəsədini görmək icazəsinin verilməsi qarşılığında övladlarının intihar etdiyini elan etsinlər, lakin Ələqilinin ailə üzvləri bu istəyi rədd ediblər.

Ali-Səud rejimi məqsədyönlü şəkildə Ərəbistanın Əlqətif məntəqəsindəki mülki sakinləri hədəfə alır. Məqsəd, 2011-ci ildə Şeyx Nimr Əl-Nimrin rəhbərliyi altında bu məntəqədə cərəyan etmiş xalq hərəkatından intiqam almaqdır.

Səudlar bu ruhanini 2016-cı ilin yanvarında edam ediblər.

Şeyx Nimrin edam edilməsi hövlnak bir cinayət və dövlət terrorizmi kimi müstəqil beynəlxalq təşkilatlar və regional səviyyədə reaksiyalara səbəb olubdur.