Səudiyyənin hava hücumunda 15 yəmənli həlak olub
-
Səudiyyənin hava hücumunda 15 yəmənli həlak olub
Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin Təiz vilayətinə qarşı hücumunda 15 mülki həlak olub.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, təcavüzkar səudiyyə qırıcıları dünən Yəmənin Təiz vilayətinin əl-Ətziyyə rayonunun Ərrəbiə bölgəsini bombalayıblar, nəticədə bir neçə yəmənli yaralanıb.
Səudiyyə qırıcıları Təizin əl-Ümri bölgəsinə qarşı da hücuma keçiblər. Ancaq hələlik bu hücumun tələfatı barədə məlumat yayılmayıb.
Dünən Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin müxtəlif bölgələrini dəfələrlə raket və parçalanan bombalarla hədəfə alıblar və bir qrup mülkinin ölməsi və yaralanmasına səbəb olublar.
Səudiyyə Ərəbistanının 2015-ci ildən başlayan Yəmənə qarşı hücumları Amerika və Britaniyanın dəstəyi ilə həyata keçir. Bu hücumlarda indiyədək 11 mindən çox mülki ölüb və milyonlarla yəmənli öz yurd-yuvasından didərgin düşüb.