İraqın xalq səfərbər qüvvələrinin qələbələri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255931-İraqın_xalq_səfərbər_qüvvələrinin_qələbələri_davam_edir
İraqın xalq səfərbər qüvvələri(Həşdüşşəbi) İŞİD-ə qarşı anti-terror əməliyyatlarının davamında Mosulun qərbində başqa 3 kəndi azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2017 08:05 Asia/Baku
  • İraqın xalq səfərbər qüvvələrinin qələbələri davam edir
    İraqın xalq səfərbər qüvvələrinin qələbələri davam edir

İraqın xalq səfərbər qüvvələri(Həşdüşşəbi) İŞİD-ə qarşı anti-terror əməliyyatlarının davamında Mosulun qərbində başqa 3 kəndi azad ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Neynəva vilayətinin qərb hissəsinin azad edilməsi əməliyyatının 6-cı mərhələsinə başlamağa hazırlaşan Həşdüşşəbi qüvvələri dünən Mosulun qərbində Əl-Həcəf, Əl-Həyyanə, Təlləl-Cənubi kəndləri və bir hərbi bazanı İŞİD terrorçularının işğalından azad ediblər. 

İraqın hərbi təbliğat qərargahı da Mosulda İŞİD terrorçularının snayperlərinin qərargahının məhv edilməsindən xəbər verib. 

İraqın əl-Ənbarın xilası üzrə şurasının sədri Həmid əl-Hais də bu vilayətdə İŞİD terrorçularına qarşı hərbi əməliyyatları müsbət qiymətləndirərək deyib: Yaxın günlərdə bu vilayətdə yerləşən Ravə şəhərinin azad edilməsi əməliyyatına start veriləcək. 

Həmid əl-Hais deyib: Hələ də əl-Ənbar vilayətinin ərazilərinin 20 faizi terrorçu İŞİD qrupunun işğalı altındadır və tezliklə azad edilməlidir.