Qəzzə sakinləri blokadaya qarşı aksiya keçiriblər
Qəzzə zolağında minlərlə fələstinli bu bölgənin sionist rejim tərəfindən blokada şəraitində olduğuna görə insani durumun gərginləşməsinə etiraz olaraq aksiya keçirib.
Fələstinin Səma xəbər agentliyinin verdiyi məlumata görə, aksiya dünən axşam Fələstinin azadlığı uğrunda demokratik cəbhənin çağırışı ilə, Qəzzə zolağında insan faciəsinə xüsusiylə işığın tez-tez kəsilməsinə etiraz olaraq Cibaliya düşərgəsində keçirilib.
Sionist rejim 2006-cı ildən Qəzzəni mühasirəyə alıb və bu bölgəyə yanacağın, dərman və tikinti materiallarının idxalına imkan vermir.
Qəzzənin blokadasının davam etməsi və sionist rejimin bu bölgə sakinlərinə qarşı təzyiqlərinin artması Qəzzə zolağında əsas ərzaq mallarının çatışmamasına və əhalinin ağır durumda yaşamasına gətirib çıxarıb.