Bəhreyndə müxaliflərə edam hökmünün verilməsinə etiraz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255979-bəhreyndə_müxaliflərə_edam_hökmünün_verilməsinə_etiraz
Bəhreyndə müxalif fəallara edam qərarının verilməsinə etiraz edənlər bu ölkənin müxtəlif bölgələrində aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2017 14:30 Asia/Baku
  • Bəhreyndə etiraz
    Bəhreyndə etiraz

Bəhreyndə müxalif fəallara edam qərarının verilməsinə etiraz edənlər bu ölkənin müxtəlif bölgələrində aksiya keçiriblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Bəhreynin müxtəlif bölgələrində aksiyaların davam etməsi ilə yanaşı Əd-Durazda Ayətullah Şeyx İsa Qasimin mənzili önündə etiraz aksiyası davam edib. Etirazçılar siyasi quruluşun məzhəbə qarşı hərəkətlərinə və mühakimələr yolu ilə dini alimləri hədəfə alması əleyhinə şüarlar səsləndirərək onlar əleyhinə irəli sürülən ittihamları pisləyiblər. 

Etirazçılar bildiriblər ki, xalqın tələbi əsasında inqilab tələbləri reallaşana qədər inqilab yolunu davam etdirəcək və siyasi quruluşun Əd-Duraz bölgəsini mühasirə almaq üzrə hərəkəti heç bir nəticə verməyəcək.

Etirazçılar siyasi quruluşun Şeyx İsa Qasimin vətəndaşlığının ləğvi üzrə qərardan geri çəkilməsini və digər etirazçıların azad edilməsini tələb ediblər.