Ərəb Liqası: ABŞ Konqresi İsrailin tərəfini saxlamağa son qoysun
Ərəb Liqası Amerika Konqresinin sionist rejimin birtərəfli qaydada tərəfini saxlamaqdan əl çəkməsini istəyib.
Misirin əl-Youm əl-Sabe qəzetinin internet portalının yazdığına görə, Ərəb Liqası cümə günü bir bəyanatda Amerika konqresmenlərinin Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsini pisləmələrinə reaksiyda bu hərəkəti tənqid atəşinə tutaraq bildirib: ABŞ Konqresi sionist rejimin birtərəfli qaydada tərəfini saxlamaq yerinə bu rejimi beynəlxalq qətnamələrə boyun əyməyə təşviq etməlidir.
Bu birliyin bəyanatında əlavə olunur: Konqres ilk addımda iki müstəqil ölkənin yaranmasının icrası istiqamətində addım ola biləcək Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləməlidir.
Ərəb Liqası həmçinin regional və beynəlxalq parlament birliklərini Amerika Konqresinin bu hərəkətini pisləməyə çağırıb. Çünki bu hərəkət işğal olunmuş Fələstin ərazilərində məskunlaşdırma əməliyyatının dayandırılmasından boyun qaçıran sionist rejimi məcburi vəziyyətdə qoya bilər.
Amerika Konqresi cümə axşamı günü işğal olunmuş ərazilərdə sionist rejimin məskunlaşdırması əleyhinə BMT Təhlükəsizlik Şurasında səs çoxluğu ilə qəbul olunan qətnaməni pisləyib.
BMT Təhlükəsizlik Şurası öz son qətnaməsində sionist rejimdən işğal olunmuş Fələstin ərazilərində məskunlaşdırma fəaliyyətlərinə son qoymasını istəyib.
23 dekabrda 14 lehinə və Amerikanın əleyhinə səs verməsi ilə təsdiqlənən Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsində sionist rejimdən tələb olunub ki, işğal olunmuş Fələstin ərazilərində məskunlaşdırmaya son qoysun.