ABŞ koalisiyası qırıcılarının Mosula hücumunda onlarla nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256219-abŞ_koalisiyası_qırıcılarının_mosula_hücumunda_onlarla_nəfər_həlak_olub
Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcılarının İraqın Mosul şəhərində İŞİD-in nəzarətində olan məntəqələrə qarşı son hücumlarında 30-dan çox mülki həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2017 17:27 Asia/Baku
  • ABŞ koalisiyası qırıcılarının Mosula hücumunda onlarla nəfər həlak olub

Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcılarının İraqın Mosul şəhərində İŞİD-in nəzarətində olan məntəqələrə qarşı son hücumlarında 30-dan çox mülki həlak olub.

Röyters-in məlumatına görə, müşahidəçilər bu gün deyiblər ki, bu sivillər Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcılarının ötən bir həftə ərzində məntəqəyə qarşı hücumlarında həlak olublar.

Eyni zamanda bir iraqlı zabit deyib: Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcıları Mosulun şimalında yerləşən yaşayış massivlərini hədəfə alıblar ki, bu hücumda on iki nəfər ölüb, 18 nəfər də yaralanıbdır.

Koalisiya qırıcıları beş növbədə Mosulun şimalında yerləşən Ələrəbi məhəlləsini hədəfə alıblar.

Ötən həftələrdə də Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcılarının Mosulun şərqinə qarşı hücumlarında 27 iraqlının ölümünə səbəb olmuşdu.

Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcıları dəfələrlə Mosulda mülkilərin mənzillərini hədəfə alıblar.

Mosulun azad edilməsi əməliyyatı ötən ilin 17 oktyabrında İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə başlayıb və iraqlı qüvvələr indiyədək Mosulun şərqinin bir çox bölmələrini öz nəzarətlərinə alıblar.