Yan 16, 2017 18:43 Asia/Baku
  • Mosulun şərqinin 90%-i İraq qüvvələrinin nəzarətindədir
    Mosulun şərqinin 90%-i İraq qüvvələrinin nəzarətindədir

İraqın Terrorizmlə Mübarizə Təşkilatının xüsusi qüvvələrinin əməliyyat komandanı bildirib: Mosul şəhərinin şərq hissəsinin 90%-dən çoxu İraq qüvvələrinin nəzarətindədir.

İRİB-in məlumatına görə, İraqın Terrorizmlə Mübarizə Təşkilatının xüsusi qüvvələrinin əməliyyat komandanı Məən əl-Sədi Mosulun azad edilməsi əməliyyatının davamı haqda deyib: Bəzi bölgələrdə döyüşlər gedir və qüvvələrimiz müxtəlif istiqamətlərdən irəliləyişləri davam etdirirlər.

Əl-Sədi əlavə edib: Müştərək əməliyyatın komandanı Mosulun qərb sahilinin azad edilməsi üçün müəyyən plan hazırlayıb və həmin plan araşdırılacaq.

O xatırladıb: Mosulda Dəclə çayı üzərində üç körpüyə nəzarəti ələ keçirmişik. Lakin Mosulun şərq hissəsində daha iki körpü qalmışdır.

Əl-Sədi proqnoz edib ki, gələn bir neçə saat və ya bir neçə gün ərzində əməliyyatlar İraq qüvvələrinin xeyrinə başa çatacaq. Düşmən döyüş qabiliyyətinin əsas hissəsini itirib və İraq qüvvələri qarşısında terrorçuların müdafiə xətləri dağılıb.

Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı il 17 oktyabrda İraq baş naziri və Silahlı Qüvvələri Ali Baş Komandanı Heydər əl-İbadinin fərmanı ilə 6 istiqamətdən başlayıb.

Teqlər