Yan 17, 2017 10:16 Asia/Baku
  • Livanın cənubunda sionist rejim ordusunun pilotsuzu süqut edib
    Livanın cənubunda sionist rejim ordusunun pilotsuzu süqut edib

Livan ordusu bu ölkənin cənubunda sionist rejim ordusunun bir pilotsuzunun süqut etməsindən xəbər verib.

Livan milli xəbər agentliyinin məlumatına görə, sionist rejimin casusluq vertolyotunun dağlıq Əlnaqurə məntəqəsində süqut etməsi xəbərinin yayılmasının ardınca ordu patrulları və Livanın cənubunda yerləşən BMT tabeliyində olan qüvvələr süqut etmiş pilotsuzu tapmaq üçün dünən axşam geniş şəkildə məntəqədə iştirak ediblər.

Bu məlumata görə, sionist rejimin ordu qüvvələri həm sərhədin o tayında, həm də işğal olunmuş Fələstinin daxilində hazır vəziyyətə gətiriliblər. Sionist rejimin kəşfiyyat vertolyot və təyyarələri də geniş şəkildə məntəqənin üzərində üçublar.

Sionist rejim ordusunun bir pilotsuzunun Livanın cənubunda süqut etməsi elə bir haldadır ki, bu rejim ordusu BMT-nin 1701 saylı qətnaməsinə zidd şəkildə təqribən hər gün Livanın hava, dəniz və quru məkanlarını pozur.

Sionist rejimin Livana qarşı 33 günlük təcavüzkarlığının sonunda verilmiş bu qətnamə işğalçı rejimi Livan ərazisinə hər cür təcavüzdən çəkindirir.

Teqlər