Yəməndə onlarla səud muzduru öldürülüb
-
Yəməndə onlarla səud muzduru öldürülüb
Yəmənin ordu və xalq komitələri qüvvələri Ali-Səud muzdurlarının Yəmənin cənubundakı Şəbuh vilayətində irəliləməsinin qarşısını alaraq, bu muzdur qüvvələrdən onlarla nəfəri öldürüblər.
Əlməsirə informasiya kanalı hərbi mənbələrə istinadla xəbər verib ki, Ali-Səud muzdurları dünən Şəbuh vilayətinin Əsilan məntəqəsinə doğru irəliləmək niyyətində olub, lakin yəmənli qüvvələrin müqavimətilə üzləşiblər.
Bu əməliyyatda 37 səud muzduru yəmənli qüvvələr tərəfindən öldürülüb, 23 nəfər də yaralanıbdır.
Bu məlumata görə, bu məğlubiyyətdən və aldıqları xəsarətlərdən sonra səud muzdurları arasında böyük ixtilaflar yaranıbdır.
Yəmənli qüvvələr həmçinin ötən bazar ertəsi günü axşam çağı bir səud transportyorunu məhv edə biliblər.
Yəmənli qüvvələr elə bir halda öz ölkələrinin ərazisini müdafiə edirlər ki, səud koalisiyasının qırıcıları özlərinin ən yeni hücumlarında Təiz vilayətinin Zəbab rayonunda yerləşən Ələmri məntəqəsini bombalayıblar. Bu hücumda bir neçə sivil yaralanıb və yaşayış massivlərinə xəsarətlər dəyibdir.
Əlaləm telekanalı da xəbər veribdir ki, Yəmən ordusu Təizdə yerləşən Əlməxa məntəqəsinin sahillərində səud təcavüzkarlarının hərbi qayıqlarını hədəfə alıblar.