Ərəbistanın Yəmənə qarşı hücumunda 17 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256636-Ərəbistanın_yəmənə_qarşı_hücumunda_17_nəfər_həlak_olub
Səud qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları ilə bir zamanda Ərəbistanın hərbi qayıqları da Yəmənin cənub-qərbindəki Təiz vilayətinə bir neçə raket atıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2017 13:02 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı hücumunda 17 nəfər həlak olub
    Ərəbistanın Yəmənə qarşı hücumunda 17 nəfər həlak olub

Səud qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları ilə bir zamanda Ərəbistanın hərbi qayıqları da Yəmənin cənub-qərbindəki Təiz vilayətinə bir neçə raket atıblar.

Press TV-nin məlumatına görə, bu hücumda on mülki həlak olub, onlarla nəfər də yaralanıbdır. Səud hərbçilərinin bir raketi də Yəmənin qərbində yerləşən Hədidə vilayətindəki Xuxə məntəqəsinə düşübdür ki, bu da bir yəmənlinin ölümü ilə nəticələnibdir.

Səud qırıcılarının Səədə vilayətindəki bir bazara qarşı hücumlarında da azı altı nəfər həlak olubdur.

Belə bir halda, Yəmənin Əlməsirə telekanalı xəbər verib ki, səud qırıcıları bu ölkənin mərkəzində yerləşən Marəb vilayətindəki Sərvah rayonunun bəzi hissələrini bir neçə dəfə bombalayıblar. Bu hücumun törətdiyi ehtimal olunan tələfat barədə məlumat yayılmayıbdır.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakmiyyətə qaytarmaq məqsədilə 2015-ci ilin martından bu ölkəyə qarşı hücumlara başlayıb. Bu hücumlarda indiyədək təqribən 40 min yəmənli ölüb və yaralanıbdır.