Sionist hərbçilər İordan çayının qərb sahilində fələstinlilərə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256951-sionist_hərbçilər_İordan_çayının_qərb_sahilində_fələstinlilərə_hücum_ediblər
İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə fələstinlilər arasında geniş toqquşmalar baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2017 07:39 Asia/Baku
  • Sionist hərbçilər İordan çayının qərb sahilində fələstinlilərə hücum ediblər
    Sionist hərbçilər İordan çayının qərb sahilində fələstinlilərə hücum ediblər

İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə fələstinlilər arasında geniş toqquşmalar baş verib.

Toqquşmalar sionist hərbçilərin İordan çayının qərb sahilində bəzi şəhərlərə hücumu zamanı baş verib. Toqquşmalarda sionist hərbçilər bir neçə fələstinli gənci həbs edib və bir neçə nəfəri yaralayıblar. 

Fələstində artıq həyatdan xəbər yoxdur. İşğalçlıarın hərbi texnikası Qələndiya düşərgəsiini alt-üst edib. Ticarət obyektləri və sənaye təsisatları yerlə yeksan edilib. Sionistlər Qələndiya düşərgəsinə hücum etdikdən və sakinlərlə toqquşmalardan sonra fələstinlilərin 17 ərzaq anbarını məhv etdilər və bu toqquşmalar 17 fələstinlinin yaralanması ilə sona çatdı. 

Bir fələstinli deyir: Sionist rejimin təcavüzləri bunlarla məhdudlaşmır, işğalçılar əllərindən gələn qədər hər şeyi və hər yeri dağıtdılar. 

Fələstinli jurnalistlər birliyi özünün illik hesabatında bildirib: Ötən il ərziində jurnalistlərə qarşı sionist rejim tərəfindən 550 zorakılıq halı qeydə alınıb. Bunlar atəş açma, fiziki zorakılıq, həbs və bir neçə xəbər bürosunun bağlanmasından ibarətdir. Bu hərəkətlər İsrail rejiminin siyasətləri ilə yanaşı, həqiqəti ört-basdır etmək məqsədi ilə həyata keçir. 

Fələstinli jurnalistlər birliyinin sədri Nasir Əbubəkr deyib: Sionist rejimin əsas və yeganə məqsədi ağızları bağlamaq, fələstinlilərin həyat hekayəsinin jurnalistlər vasitəsi ilə dünya xalqlarına çatdırılmasına mane olmaq, onları qorxutmaq və işğalçıların Fələstin xalqına qarşı cinayətlərinin açıqlanmasını əngəlləməkdən ibarətdir. 

Fələstinlilərə aid olan hər şey sionist düşmənin hücumlarının hədəfinə çevrilir və sionist rejim hər hansı vasitədən öz məqsədləri üçün istifadə edir və heç bir qanuna və hüquq normasına riayət etmir.