Səudiyyəlilərin hərbi avanturaları zəifləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256963-səudiyyəlilərin_hərbi_avanturaları_zəifləyib
Amerikalı jurnalist deyib: Regionda siyasi atmosferin dəyişməsi, səudiyyəlilərin regionda militarist siyasətləri və hərbi avanturalarına yenidən baxmalarını zəruri edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2017 08:49 Asia/Baku
  • Səudiyyəlilərin hərbi avanturaları zəifləyib
    Səudiyyəlilərin hərbi avanturaları zəifləyib

Amerikalı jurnalist deyib: Regionda siyasi atmosferin dəyişməsi, səudiyyəlilərin regionda militarist siyasətləri və hərbi avanturalarına yenidən baxmalarını zəruri edib.

PressTv-nin verdiyi məlumata görə, Veterens Tuday qəzetinin baş redaktoru Qordon Daf bu telekanala verdiyi müsahibədə deyib: Orta Şərqdə o sıradan da İraq və Suriyada durum dəyişməkdədir, İraqda durumun dəyişməsi Səudiyyə Ərəbistanının İŞİD-ə dəstək imkanını itirməsinə səbəb olub. Səudiyyə Ərəbistanı ötən illər ərzində İŞİD-i davamlı şəkildə silahlandırmışdır.  Həmçinin Rusiyia-Türkiyə əlaqələrində də dəyişikliyin şahidiyik; bu da Səudiyyə Ərəbistanının təcrid olunmasına, onun regiondakı, İraq və Suriyadakı müharibələrə təsirinin azalmasına səbəb olub. Başqa dəyişiklik neft bazarlarında qiymətin təsbiti üçün Rusiyanın OPEK üzvləri ilə əməkdaşlığından ibarətdir. Səudiyyə Ərəbistanı öz neft gəlirlərinin gözəçarpacaq hissəsini Yəməndə və regiondakı hərbi qarşıdurmalara sərf edir və maliyyə gücü zəifləyib. Səudiyyə Ərəbistanı son dərəcə çətin durumdadır. Səudiyyə Ərəbistanı çoxdandır terrorçuları və İsrail rejimini dəstəkləyir, bəlkə regionda mənzərənin dəyişməsi Səudiiyyə Ərəbistanının siyasətlərində də dəyişikliklərə səbəb olmuş olsun.