Səudiyyə Ərəbistanının Yəmənə hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256999-səudiyyə_Ərəbistanının_yəmənə_hava_hücumları_davam_edir
Səudiyyə Ərəbistanı ordusunun hərbi təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarında bir neçə yəmənli ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2017 12:58 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Yəmənə hava hücumları davam edir
    Səudiyyə Ərəbistanının Yəmənə hava hücumları davam edir

Səudiyyə Ərəbistanı ordusunun hərbi təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarında bir neçə yəmənli ölüb və yaralanıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Yəmənin Əccof vilayətində qarşı kaset bombalardan istifadə edərək həyata keçirdiyi hava hücumlarında 15 yəmənli ölüb və yaralanıb. 

Təcavüzkar Səudiyyə qırıcıları bu gün Ləhəc və Təəz vilayətlərini də havadan hədəfə alıblar 

Səudiyyə qırıcı təyyarələri Sədə vilayətini də üç dəfə hava hücumlarına məruz qoyublar. 

Bu hücumların insan tələfatı barədə hələlik məlumat yayılmayıb. 

Səudiyyə muzdlularının Təəz vilayətinə qarşı arteleriya və raket hücumlarında isə bir yəmənli ölüb bir neçə nəfər yaralanıb. 

Digər tərəfdən Yəmən ordusu və xalq komitələri Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan vilayətində səudiyyəlilərə məxsus bir hərbi avtomobili hədəfə alaraq onun sərnişinlərini öldürüblər. 

Cizan vilayətinin Əl-Mənəq və Əl-Qərn bölgələrində də iki səudiyyli hərbçi yəmənlilərin atəşi nəticəsində ölgüb. 

Yəmən döyüşçülərinin arteleriya bölməsi isə Nəcran vilayətinin Riqabəl-Həmr bölgəsini atəşə turaraq bir neçə səudiyyəli hərbçinin yaralanmasına səbəb olub.