Yan 19, 2017 18:39 Asia/Baku
  • Mosulun şimal-şərqindəki Təlkif şəhəri azad edilib
    Mosulun şimal-şərqindəki Təlkif şəhəri azad edilib

Mosulun azad edilməsi əməliyyatının komandanı bildirib ki, Mosulun şimal-şərqinin 18 kilometrliyində yerləşən xristian sakinli Təlkif şəhəri İŞİD-in işğalından azad edilib.

IRNA-nın məlumatına görə, Mosulun azad edilməsi əməliyyatının komandanı Əbduləmir Rəşid Yarallah bir bəyanatda bildirib ki, İraq ordusunun bölmələri bu gün üç istiqamətdən Təlkif şəhərinə doğru irəliləyib və bu şəhəri azad edə biliblər.

Mosulun azad edilməsi əməliyyatının komandanı sonra deyib: İraq ordusunun qüvvələri icra hakimiyyəti, məhkəmə və şəhər şurası binalarını nəzarətə alıb və İraq bayrağını dövlət binalarının üzərində dalğalandırıblar.

2016-cı ilin oktyabrından İraqın ordu və kürd peşmərgə müştərək qüvvələrinin mühasirəsində olan Təlkif şəhərinin mərkəzinə hücum əməliyyatı bu gün səhər başlanıb.

Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə 2016-cı il oktyabrın 17-dən başlanıb və davam etməkdədir.

Teqlər