Əsəd: Astana iclasında humanitar yardımlara üstünlük verilir
Suriya prezidenti bildirib ki, Qazaxıstanın Astana şəhərində Suriya sülh müzakirələrinin keçirilməsində məqsəd, barışıq razılaşmasına qoşulmaları üçün silahlı şəxslərə imkanın verilməsi, humanitar yüklərin köçürülməsi və atəşkəsin bərqərarıdır.
Suriya prezidenti Bəşşar Əsəd Yaponiyanın TBS informasiya kanalı ilə müsahibədə deyib ki, Dəməşq Qazaxıstanın Astana şəhərində keçiriləcək Suriya sülh iclası barədə xas proqnoza malik deyil. O, əlavə edib: Astana iclasında ön planda duracaq məsələ, Suriya xalqının yaşayışını himayə üçün davamlı atəşkəsə nail olmaq olacaq.
Bəşşar Əsəd deyib: Silahlı qrupların Suriyada saziş prosesinə qatılmaları silahın kənara qoyulması və Suriya dövləti tərəfindən amnistiyaya malik olmaq mənasındadır.
Suriya prezidenti söyləyib: Məlum deyildir ki, Astana iclasında hansı tərəflər iştirak edəcəklər. O, əlavə edib: Suriya dövləti ümid edir ki, bu iclas hər şey barədə Suriyadakı müxtəlif tərəflər arasında müzakirə üzrə bir tribunaya çevriləcək.
Suriya prezidenti həmçinin ümidvar olduğunu bildirib ki, Amerikanın yeni dövləti terrorizm barədəki sözlərinə əməldə sadiq qalacaq, zira terrorizm təkcə Suriyanın problemi deyildir.
Suriyalı-suriyalı danışıqlar 2017-ci il yanvarın 23-ü və 24-də Qazaxıstanın Astana şəhərində və bu ölkə böhranının siyasi həllinə şəraitin yaradılması məqsədilə keçiriləcək.