Yan 20, 2017 09:30 Asia/Baku
  • Suriyanın Hums vilayətində onlarla İŞİD-çi öldürülüb
    Suriyanın Hums vilayətində onlarla İŞİD-çi öldürülüb

Təkfirçi İŞİD qrupunun otuzdan çox üzvü Hums vilayətində Suriya ordusu ilə döyüşdə öldürülüb.

Press TV-nin məlumatına görə, Hums vilayətindəki Tiyas hava bazasına doğru irəliləmək niyyətində olan 18 İŞİD-çi suriyalı hərbçilərlə döyüşdə öldürülüb.

Suriyanın ordu qüvvələri daha 15 İŞİD-çini də Palmiranın 60 kilometr qərbində yerləşən Şərifə kəndində məhv ediblər.

Bu döyüşdə İŞİD terrorçularının silahlı avtomobilləri və müəyyən miqdarda silahı məhv edilib.

Suriya insan haqları nəzarətçilərinin bildirdiklərinə görə, bu ölkənin on iki dövlət qüvvəsi də Hums döyüşlərində öldürülübdür.

Son vaxtlar Suriya Müdafiə Nazirliyi bildirmişdi ki, bu ölkənin ordu və silahlı qüvvələri İŞİD terrorçularının Humsun şərqində yerləşən T4 hava limanına qarşı hücumunu dəf və bu vilayətdə yerləşən Şərifə kəndini azad etmişdilər.

Teqlər