Bəhreyndə cümə namazının qarşısı alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i257104-bəhreyndə_cümə_namazının_qarşısı_alınıb
Ali-Xəlifə rejiminin məmurları bir daha Bəhreynin paytaxtı Manamanın Əldiraz məntəqəsində cümə namazının keçirilməsinin qarşısını alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2017 14:14 Asia/Baku
  • Bəhreyndə cümə namazının qarşısı alınıb
    Bəhreyndə cümə namazının qarşısı alınıb

Ali-Xəlifə rejiminin məmurları bir daha Bəhreynin paytaxtı Manamanın Əldiraz məntəqəsində cümə namazının keçirilməsinin qarşısını alıblar.

Təsnim xəbər agentliyinin bəhreynli mənbələrə istinadlı məlumatına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu gün 31-ci həftə ardıcıl olaraq, imamcümənin və namazqılanların Manamanın qərbindəki Əldiraz məntəqəsinə daxil olmalarına mane olublar.

Manamanın Əldiraz məntəqəsi yeddi aydan çox müddət öncə Ali-Xəlifə rejimi tərəfindən vətəndaşlığı ləğv olunmuş və yaşadığı məkanı mühasirə edilmiş tanınmış bəhreynli şiə din xadimi Şeyx İsa Qasimin yaşayış məkanıdır.

Bəhreyn xalqı bu gün Şeyx İsa Qasimi müdafiə üçün onun mənzili qarşısında piket keçirib və Ali-Xəlifə rejimi hərbçilərinin Şeyx İsa Qasimə hörmətsizlik etmələrinə mane olubdur.

Belə bir halda, Bəhreyn xalqı bu gün və dünən ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, üç bəhreynli fəalın Ali-Xəlifə rejimi tərəfindən edam olunmasını pisləyibdir.

Bəhreynin təhlükəsizlik qüvvələri bəhreynli aksiyaçılara hücum edərək, onlardan bir qrupunu həbs ediblər.