Ərəbistan ordusunun Yəmən paytaxtına hava hücumu
-
Ərəbistan ordusunun Yəmən paytaxtına hava hücumu
Ərəbistan ordusunun qırıcıları Yəmən paytaxtı Sənanın yaşayış massivlərini bombalayıblar.
Əlaləm telekanalının məlumatına görə, təcavüzkar səud qırıcıları bu gün Sənanın Əlsəvad məhəlləsini bombalayıblar ki, nəticədə azı bir yəmənli mülki həlak olub, iki nəfər də yaralanıbdır.
Belə bir halda, təcavüzkar səud qırıcıları bu gün kasset bombaları ilə Səna vilayətində yerləşən 9-cu rayondakı Əlzəbuə məntəqəsini bombalayıblar ki, nəticədə üç yəmənli mülki yaralanıb.
Səud qırıcıları həmçinin bir neçə dəfə Yəmənin qərbində və cənub-qərbində yerləşən Əlhədidə və Təiz vilayətlərinin müxtəlif məntəqələrini hədəfə alıblar.
Təcavüzkar səud qırıcıları iki dəfə Yəmənin Marəb vilayətindəki Sərvah rayonunu bombalayıblar.
Belə bir halda, Yəmənin ordusu və xalq komitələri də səudların basqınlarına cavab olaraq, səud ordusunun Ərəbistanın cənubunda yerləşən Əsir, Cizan və Nəcran məntəqələrindəki bazalarını atəşə tutublar.