Ərəbistanın Ciddə şəhərində silahlı qarşıdurmada iki nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i257287-Ərəbistanın_ciddə_şəhərində_silahlı_qarşıdurmada_iki_nəfər_ölüb
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri və axtarışda olan silahlı şəxslər arasında Ciddə şəhərində baş verən insidentdə iki silahlı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2017 16:23 Asia/Baku
  • Ərəbistanın Ciddə şəhərində silahlı qarşıdurmada iki nəfər ölüb

Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri və axtarışda olan silahlı şəxslər arasında Ciddə şəhərində baş verən insidentdə iki silahlı öldürülüb.

İRNA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bu gün Ciddə şəhərinin əl-Hərazat bölgəsində silahlı şəxslərin gizləndiyi məkanı aşkarlayaraq mühasirə etdikdən sonra əməliyyat keçiriblər.

Üzərindəki partlayıcı qurğunu partlatması nəticəsində iki silahlı ölüb.

Bu insidentdə bir silahlı şəxs də saxlanılıb.

2016-cı ilin iyul ayında da naməlum şəxs üzərindəki partlayıcı qurğunu Amerikanın Ciddə şəhərindəki konsulluğu yanında işə salmışdı.

Həmin hadisədə kamikadze ölmüş və iki polis məmuru da yaralanmışdı.

Ali-Səud rejiminin Ərəbistan vətəndaşlarının dinc etirazlarına qarşı repressiv siyasətləri onlarla etirazçının həlak olması və yaralanması ilə nəticələnmişdir.