Yəmən ordusu təcavüzkarlara xəbərdarlıq edib
-
Yəmən ordusu təcavüzkarlara xəbərdarlıq edib
Yəmən ordusu Səudiyyə Ərəbistanının təcavüzkar gəmiləri ilə qarşılaşmağa hazır olduğunu bildirib.
Hal-hazırda Yəmənin Babül-Məndəb bölgəsində güclü toqquşmalar davam edir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarət koalisiya qüvvələri Qırmızı dəniz və Babül-Məndəb boğazında beynəlxalq sulardan Yəmənə qarşı təcavüzləri üçün istifadə etmək istəyirlər. Yəmən ordusunun dəniz qoşunları Səudiyyə Ərəbistanının təcavüzkar gəmilərinə Yəməndə yaşayış məntəqələrini hədəfə almaq üçün beynəlxalq sulardan istifadə etməsi barədə xəbərdarlıq edərəb bildirib ki, Səudiyyə təcavüzkarlarının bu hərəkəti Qırmızı dənizdə beynəlxalq gəmiçilik fəaliyyətləri üçün böyük təhlükə yaradacaq. Digər tərəfdən Səudiyyə təcavüzkarlarının Yəmənə qarşı ən son cinayətlərində Sədə vilayətində yerləşən Baqim şəhərində bir ailənin bütün üzvləri şəhid ediliblər, öldürülənlər arasında iki uşaq və bir qadın da var. Həmçinin təcavüzkar Səudiyyə qırıcılarının Təizə qarşı hücumları nəticəsində iki mülki şəhid olub, bir neçə nəfər yaralanıb. Yəmənli qüvvələr Səudiyyə muzdlularının Səna və Ləhic vilayətlərində Təiz və 9-cu şəhərə qarşı hücum cəhdlərini nakam qoyublar, bu əməliyyatda bir neçə Səudiyyə muzdlusu öldürülüb.