Yan 23, 2017 12:21 Asia/Baku
  • Bəhreyn xalqı Şeyx İsa Qasimin mənzili qarşısına toplaşıb
    Bəhreyn xalqı Şeyx İsa Qasimin mənzili qarşısına toplaşıb

Dünən Bəhreyn xalqı məşhur bəhreynli ruhani Şeyx İsa Qasimin mənzili qarşısına toplaşaraq səsləndirdikləri şuarlarda onun rəhbərliyi altında gedən dinc mübarizənin xalqın tələblərinin reallaşmasınadək davam etdirilməsini istəyib.

Şeyx İsa Qasimin tərəfdarları 200 gündür onun mənzili qarşısında aksiyalar keçirərək ona dəstək olduqlarını bildirirlər. 

Bu toplantılar Ali-Xəlifə rejiminin Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etməsindən sonra təşkil olunur. 

Şeyx İsa Qasim çirkli pulların yuyulması və qeyri-qanuni yollarla pul toplamaq kimi saxta ittihamlara məruz qalıb. 

Ötən həftə ərzində 3 bəhreynli gəncin edam edilməsinə etiraz üçün xalq kütlələrinin aksiyalarında Əd-Duraz bölgəsinin sakinlərindən ibarət 40 nəfər Ali-Xəlifə rejiminin hərbçilərinin saçma mərmiləri ilə hədəfə alınıb. 

Teqlər