Yan 26, 2017 12:19 Asia/Baku
  • Fələstin muxtariyyəti İsrailin qəsəbəsalma siyasətini pisləyib
    Fələstin muxtariyyəti İsrailin qəsəbəsalma siyasətini pisləyib

Fələstin Muxtariiyyətinin Xarici İşlər Nazirliyi sionist rejimin Fələstin torpaqlarında qəsəbəsalma əməliyyatlarını genişləndirmək niyyətini pisləyib.

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlujmata görə, Fələstin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq sionist rejimin nazirlər kabinetinin İordan çayının qərb sahilində 2500 yeni yaşayış mənzilinin inşası ilə razılaşmasını pisləyərək bildirib ki, sionist rejimin İordan çayının qərb sahili və Qüds şəhərinin şərqində tikinti əməliyyatlarını davam etdirməsi bu ərazilərdə coğrafi və etnik tərkibin dəyişdirilməsi məqsədi ilə həyata keçirilir. 

Fələstin XİN-i həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından sionist rejimin qəsəbəsalma siyasətlərinə qarşı qəbul etdiyi öz qətnamələrini müdafiə etməyə çağırıb. 

Sionist sakinli qəsəbələrin genişləndirilməsi elə bir şəraitdədir ki, 2016-cı ilə dekabrın 23-də BMT TŞ sionist rejimin qəsəbəsalma əməliyyatlarına qarşı qətnamə qəbul etmişdir. 

Teqlər