Onlarla İŞİD-çi Mosulda öldürülüb
-
Onlarla İŞİD-çi Mosulda öldürülüb
İraq ordusunun hərbi təyyarələrinin Mosulda İŞİD terrorçularının mövqelərinə qarşı hücumunda onlarla terrorçu öldürülüb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraq ordusu bu gün bir bəyanat yayaraq bildirib: İraq ordusunun hərbi təyyarələri İŞİD terrorçularının Mosulun qərbində yerləşən Əl-Qirvan bölgəsinə hücumunu zərərsizləşdirərək bu əraziləri havadan bombalayıb və 40 terrorçunu öldürüb.
Hava hücumunda İŞİD terrorçularının 3 ədəd avtomobili məhv edilib, sərnişinləri isə tamamiylə ölüb.
Əldə olunan məlumatlara görə, İŞİD terrorçularının işğalından azad edilmiş Mosulun şərq hissəsində yenidən qurma işlərinə start verilib.
Mosulda terrorizm ilə mübarizə idarəsinin rəsmisi Əbdül-Vəhhab Əssaidi deyib: Mosulun azad edilmiş şərq hissəsinin bir çox yerləri su və elektrik enerjisi ilə təmin edilib və digər xidmətlər təqdim olunmaqdadır.
İraq ordusunun 7-ci bölməsinin komandanı Noman Əbdüzzobəi də bu gün deyib: İraqın qərbində Əl-Ənbar vilayətində yerləşən Hədisə rayonuna hava hücumunda 5 İŞİD terrorçusu öldürülüb.