Yan 28, 2017 15:37 Asia/Baku
  • Suriyada terror qruplarının qarşıdurması

Suriya ordusunun terrorçular üzərindəki qələbələrinin davam etməsilə informasiya mənbələri bu ölkənin şimalı və şimal-qərbindəki Hələb vilayətinin qərbində və İdlib vilayətində terror qrupları arasındakı ixtilaf və toqquşmadan xəbər veriblər.

Misirin Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, Cibhətunnusrə terror qrupunun üzvləri "Əhrarulşam diviziyası" adlı terror qrupunun tabeliyində olan silahlı qrupların üzvlərilə toqquşublar ki, tərəflər bu döyüşdə ağır və yarımağır silahlardan istifadə ediblər.

Bu döyüşlər Cibhətunnusrə terror qrupunun İdlibdə və Hələbin qərbində "Əhrarulşam diviziyası" adlı terror qrupunun mövqelərinə qarşı artilleriya hücumundan sonra başlanıbdır ki, bu hücumlarda bir qrup mülki şəxs öldürülübdür.

Ötən günlərdə bəzi terror qruplarının Suriyanın müxtəlif məntəqələrində bir-biriləriə döyüşmələri barədə çoxlu sayda məlumatlar daxil olub.  "Filəq Ərrəhman" adlı terror qrupunun Dəməşq şəhərinin ətrafında İŞİD terrorçuları ilə döyüşlərində bir qrup İŞİD təkfirçisi öldürülüb.

Teqlər