Ali Səud və sonu görünməyən cinayətlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258077-ali_səud_və_sonu_görünməyən_cinayətlər
Ərəbistan yəmənlilərin müqavimətini yarmaq üçün istənilən cinayətə əl atırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2017 13:31 Asia/Baku
  • Ali Səudun cinayətləri
    Ali Səudun cinayətləri

Ərəbistan yəmənlilərin müqavimətini yarmaq üçün istənilən cinayətə əl atırlar.

Ali Səud yəmənlilərin müqavimətini yarmaq üçün istənilən cinayətə əl atırlar. Bu cinayətlərin davamında Ərəbistan qırıcıları ötən 24 saat ərzində Yəmənə olan hücumlarında onlarla mülkini qırğın ediblər.

 

İRİB-nin müxbiri:

Ərəbistanın Yəmən xalqına qarşı cinayətlərinin davamında Ali Səud qırıcıları Yəmənin Təiz əyalətində yerləşən Əl-Vaziyə həmçinin, Yəmənin qərbində yerləşən daha iki məntəqəni bombardman edərək, 18 yəmənlini qırğın ediblər. Bu hücumlarda həlak olanların 9-u qadın, 6-sı isə uşaq olub. Hadisədə onlarla nəfər də yaralanıb.

 

Yəmən vətəndaış:

“Onlar Yəmən xalqının zəlil və Amerika, İsrail və Ərəbistanın iradəsinə tabe olmasını istəyirlər. Amma, onlar səhv edirlər. Bu xalq Qurana və İslam dəyərlərinə sadiq olduğu zamana kimi onların arzusu gerçəkləşməyəcək.”

 

İRİB-nin müxbiri:

Bu arada Yəmən ordusu və xalq komitələri qüvvələri Təiz əyalətində, Əl-Vaziyə məntəqəsində Ərəbistanın muzdlularının 5 əsas mövqeyinə hücum edərək, bu məntəqəyə nəzarəti təmin ediblər. Bu əməliyyatda çoxlu sayda muzdlu da qətlə yetirilib.

Digər tərəfdən Yəmən ordusu Ərəbistan muzdlularının Babül-Məndəb yaxınlığında, Əl-Zubabın şimalında yerləşən Əl-Cədid, Əl-Kəthe və Əl-Xəzra məntəqələrinə doğru irəliləməsinə mane olub.

Yəmən ordusu həmçinin, Ərəbistanın Nəcran əyalətində yerləşən Binyalin hərbi bazasını 3 ədəd “oreqan” raketi ilə hədəfə alıb.

 

Yəmənli hərbçi:

“Amerikan, sionist və sədiyəli düşmənlərə elan edirik ki, biz burda onların qarşısında qorxusuz və möhkəm dayanmışıq.”

 

Yəmənli hərbçi:

“Biz düşmən qarşısında müqavimət göstərəcək və bir addım olsun belə geri çəkilməyəcəyik.”

 

İRİB-nin müxbiri:

Siyasət meydanında isə yəmənlilərin atəşkəslə bağlı danışıqların bərpa edilməsi və Səna hava limanının yenidən açılması istəyi ilə çıxış etmələrinin ardınca, BMT-nin Yəmən üzrə xüsusı nümayəndəsi İsmayıl Vələd Şeyx Yəmənlə bağlı Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirib ki, Mənsur Hadi Yəmən böhranının həlli üzrə danışıqların bərpa edilməsi üçün təklif olunan həll yollarını qəbul etməyib.