Suriya ordusu irəliləyir, terrorçular təslim olurlar
-
Suriya ordusu irəliləyir, terrorçular təslim olurlar
silahlı müxalifətin atəşkəs barədəki sazişi pozmasının ardınca Suriya ordusu Dəməşqin şimal qərbindən 40 km aralıda yerləşən Eynül-Feycə bölgəsinə daxil olub.
İRİB-in verdiyi məlumata görə, Eynül-Feycə bölgəsi altı milyonluq Dəməşq şəhərinin içməli suya olan tələbatının əsas hissəsini təmin edir. Bu bölgə 5 həftədən çox idi ki, təkfirçi terrorçuların nəzarətində idi, onlar Dəməşqin suyunu kəsmişdilər.
Son bir ay ərzində bu bölgədə atəşkəs razılaşmasını iki dəfə pozmuş yaraqlılar nəhayət bu gün Suriya dövlətinin şərtlərinə təslim olublar.
Vadi Berda bölgəsində barışıq komitəsinin üzvü Əmmar Ərmuş bu barədə deyib: Vadi Berda bölgəsində əhalinin böyük hissəsi milli barışıq layihəsinə qatıldıqdan sonra Eynül-Feycə qəsəbəsində silahlı terrorçuların mühasirəsi gün-gündən daralırdı və məhz buna görə də onların dövlətin şərtləri ilə razılaşmaq və təslim olmaqdan başqa çarələri qalmadı.
Bu məlumata görə, Suriya ordusu qüvvələrinin Eynül-Feycə qəsəbəsinə daxil olduğunu nəzərə alaraq, artıq silahlı terrorçular və onların xaricdəki himayədarları siyasi müzakirələrdə Dəməşqin içməli suyu kimi amildən Suriya dövlətinə qarşı bir təzyiq vasitəsi kimi faydalanmaq imkanını itirmiş olublar.
Suriya mənbələri həmçinin bildiriblər ki, Suriya ordusu İŞİD terrorçularının Hələb vilayətindəki bazası sayılan Əlbab bölgəsinin bir neçə kilometrliyinə çatıb.