Suriya ordusu Deyrəzzurda İŞİD mövqelərinə hücum edib
Yan 29, 2017 13:22 Asia/Baku
-
Suriya ordusu Deyrəzzurda İŞİD mövqelərinə hücum edib
Suriya informasiya mənbələri Suriya ordusunun Deyrəzzur şəhərində İŞİD terrorçularının mövqelərinə və onların yardım marşrutlarına qarşı hücumundan xəbər veriblər.
SANA-nın verdiyi məlumata görə, Suriya ordusu Deyrəzzur hava limanının qərbində İŞİD terrorçularına məxsus olan hərbi sursat anbarını hədəfə alıblar nəticədə anbar məhv edilib.
Suriya ordusunun hərbi təyyarələri Həviqə, Kənamat, Əl-Ərzi, Mühəndisin, Deyrəzzur hava limanının ətrafı, Mərat kəndi, Kuniko bölgəsində İŞİD-in toplaşdıqları əraziləri və onların qərargahlarını hədəfə alıblar. Bü hücumlarda terrorçular ağır itkiyə və ziyana məruz qalıblar.