Bəhreyn inqilabçıları ilə təhlükəsizlik məmurları arasında toqquşmalar şiddətlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258163-bəhreyn_inqilabçıları_ilə_təhlükəsizlik_məmurları_arasında_toqquşmalar_şiddətlənib
Bəhreyn xəbər dairələri bu ölkənin müxtəlif bölgələrində etirazçılarla təhlükəsizlik məmurları arasında qarşıdurmanın baş verdiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2017 17:25 Asia/Baku
  • Bəhreyn inqilabçıları ilə təhlükəsizlik məmurları arasında toqquşmalar şiddətlənib
    Bəhreyn inqilabçıları ilə təhlükəsizlik məmurları arasında toqquşmalar şiddətlənib

Bəhreyn xəbər dairələri bu ölkənin müxtəlif bölgələrində etirazçılarla təhlükəsizlik məmurları arasında qarşıdurmanın baş verdiyini bildiriblər.

Bəhreynin Əl-Loulou internet portalı bildirib: Bəhreynin əl-Əkr qəsəbəsinin inqilabçı gəncələri bu gün Ali-Xəlifə təhlükəsizlik məmurları ilə toqquşub və bəhreynli nüfuzlu ruhani Şeyx İsa Qasimə dəstək istiqamətində bu rejim əleyhinə şüarlar səsləndiriblər.

Məlumatlara görə, Bəhreynin inqilabçı gəncləri avtomobil şinləri yandıraraq küçələri bağlayıblar.

Bəhreynin 14 Fevral koalisiyası da bildirib: Ən-Nəvidrat qəsəbəsinin sakinləri Şeyx İsa Qasimə vəfadarlıq məqsədilə küçələrə axışıb və aksiya keçiriblər. Bildirilir ki, Bəhreynin təhlükəsizlik qüvvələri Ən-Nəvidrat qəsəbəsində etirazçılara hücum ediblər.

Bununla yanaşı Bəhreyn paytaxtı Manama şəhəri sakinləri də Şeyx İsa Qasimi müdafiə etməyə hazır olduqlarını bildiriblər.

Onlar həmçinin Ali-Xəlifə qüvvələri tərəfindən bu tanınmış ruhaniyə istənilən təzyiqlə əlaqədar xəbərdarlıq ediblər.

Bəhreyn alimləri bir bəyanatda bu ölkə vətəndaşlarını aksiya keçirərək Şeyx İsa Qasimi müdafiə etmək üçün öz hazırlıqlarını bildirmələrini istəyiblər.