Bəhreynin sabiq nümayəndəsi: İngiltərə və Ərəbistan Bəhreyn rejiminin sponsorlarıdırlar
Yan 30, 2017 11:52 Asia/Baku
-
Cəlal Firuz
Bəhreyn parlamentinin sabiq üzvü Cəlal Firuz deyib ki, İngiltərə və Ərəbistan Bəhreyn rejiminə sponsorluq edirlər.
Press TV-nin məlumatına görə, Firuz bu telekanalla müsahibədə deyib: Tamamilə aydındır ki, Bəhreyn rejimi öz qanunsuz qüdrətini İngiltərə daxil olmaqla bəzi Qərb qüdrətlərinin dəstəkləri, eləcə də səudlar və ərəb əmirliklərinin neft dolları ilə əldə edir.
Təəssüfləndirici haldır ki, hətta BMT belə Bəhreyn barədə elə bir söz demir. Əlbəttə, dünya son dərəcə Amerika olayları, Suriya, İraq və Yəmən savaşları ilə məşğuldur və bu, Bəhreyn rejiminə bu ölkə xalqını daha çox yatırması üçün kömək edir.