Yan 30, 2017 13:37 Asia/Baku
  • Bəhreynin kəfən geymiş xalqı Şeyx İsa Qasimi himayə aksiyası keçirib
    Bəhreynin kəfən geymiş xalqı Şeyx İsa Qasimi himayə aksiyası keçirib

Bəhreyn xalqı dünən gecə bu ölkənin tanınmış ruhanisi Şeyx İsa Qasimi himayə istiqamətində Bəhreynin əksər məntəqələrində, o sıradan paytaxt Manamanın Əldiraz məntəqəsində aksiya keçirib.

Bəhreyn xalqı kəfən geyib, bu ölkənin din alimlərinin çağırışına ləbbeyk deyərək, şam və xıftən namazlarından sonra Şeyx İsa Qasimi himayə etmək üçün küçələrə çıxıb. 

Bəhreyn ruhaniləri cümə günü bir bəyanatda ölüm anınadək Şeyx İsa Qasimi himayəni şəri bir zərurət adlandırdılar və Bəhreyn xalqından istədilər ki, Ali-Xəlifə rejiminə qarşı mübarizəni davam etdirsin.

Ali-Xəlifə rejimi 2016-cı ilin iyununda tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum etdi və o zamandan bəri o, öz mənzilində ev dustağıdır və xalq da onun mənzili önündə piket keçirir.

Şeyx İsa Qasimin vətəndaşlığının əlindən alınması ilə Ali-Xəlifə rejiminin Əldiraz məntəqəsində hərbi hərəkətləri şiddətlənibdir.

Bəhreyn xalqı azadlıq və ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və ölkəsində seçilmiş hökumətin hakimiyyətə gəlməsini istəyir.

Bəhreyn rejimi etirazlar şöləsini söndürmək üçün çoxlu sayda müxalifət liderini həbs və saxta işlər düzəltməklə onları uzunmüddətli həbslərə məhkum edibdir.

Ali-Xəlifə rejiminin formal məhkəməsi bazar günü altı bəhreynli fəalı təxribatçılıqda ittiham edərək, 1551 dinar ödəməyə məhkum edibdir.

Bəhreyn Asiyanın qərbində ən kiçik bir ölkə kimi insan haqları mənbələrinin bildirişlərinə əsasən, ən çox siyasi məhbusa malikdir.

Teqlər