Yan 30, 2017 18:31 Asia/Baku
  • Bəhreyn xalqının aksiyaları genişlənib
    Bəhreyn xalqının aksiyaları genişlənib

Bəhreyndə aksiyaların genişlənməsilə bir vaxtda Ali-Xəlifə rejiminin məhkəməsi bir daha tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin mühakiməsini təxirə salıb.

IRIB-nin məlumatına görə, Bəhreyn xalqının Şeyx İsa Qasimin mühakiməsini pisləyən gecə aksiyasının geniş media işıqlandırılmasının ardınca Ali-Xəlifə rejiminin məhkəməsi bu gün bir hökm çıxararaq, onun işini fevral ayının 12-ə, yəni Bəhreyn xalqı inqilabının ildönümü günündən iki gün öncəyədək təxirə salıb.

Bəhreyn 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminə qarşı dinc etirazlar və inqilab səhnəsidir.

Belə bir halda, bəhreynli din xadimləri bir bəyanatda Şeyx İsa Qasimin mühakimə prosesini pisləyib və bildiriblər ki, bu addım xalqın emosoyalarının təhrik edilməsi və ölkənin dağıdıcı bir uçuruma doğru sürüklənməsilə nəticələnəcək.

Bəhreyn din alimləri vurğulayıblar ki, dövlət terrorizmi, edam və güllə Bəhreyn xalqının inqilabçı hədəfləri istiqamətində onun iradəsini terror etmək qüdrətinə malik deyil.

Bəhreyn rejimi 2016-cı ilin iyununda Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdi ki, bu hərəkət Bəhreyn xalqı və dünya xalqları arasında qətiyyətli reaksiyalara gətirib çıxardı.

Bir bəhreynli məhkəmənin Şeyx İsa Qasimin mühakiməsinin təxirə salınmasına dair rəyi ilə bir zamanda bəhreynli qaynaqlar edam olunmuş üç gəncin ailələrinin məskunlaşdıqları Əlsənabəs məntəqəsində ümumi tətildən və bu məntəqənin bütün satış və ticarət mərkəzlərinin bağlanmasından xəbər veriblər.

Bu məlumata görə, Şeyx İsa Qasimin mənzilinin yaxınlığındakı Əlfəda meydanında piket keçirmiş bir qrup əhali bu gün camaat namazını elə bu məkanda qılıbdır.

Belə bir halda, dünən gecə Bəhreynin müxtəlif məntəqələri, xüsusən mühasirə olunmuş Əldiraz məntəqəsi ölüm anınadək Şeyx İsa Qasimin müdafiəsi üzrə hazırlığın nişanəsi kimi geniş aksiyaların şahidi olub.

Bəhreyn Əlvifaq islami cəmiyyətinin bildirdiyinə görə, bu ölkənin 48 məntəqəsində 150 mindən çox insan Şeyx İsa Qasimin mühakiməsini pisləyən gecə aksiyasında iştirak edib.

Bəhreyndə 14 fevral koalisiyası bu ölkə xalqını Şeyx İsa Qasimi müdafiə istiqamətində küçələrdə iştirak etməyə çağırmışdı.

Belə bir halda, bəhreynli müxalif Əli Əlləban da bu ölkə xalqının Şeyx İsa Qasimin mühakiməsinin davam etməsindən hiddətlənməsinə toxunaraq, bildirib ki, bu gün Bəhreyn xalqı, o sıradan şiə və sünni öz inqilabının rəhbərinin hədəfləri istiqamətində Ali-Xəlifə rejiminin istibdadı qarşısında birləşibdir.

Teqlər