Bir sionist bir fələstinli uşağı maşınla basaraq öldürüb
Bir fələstinli uşaq işğal olunmuş Qüdsdə bir sionist tərəfindən avtomobillə vurularaq şəhid edilib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, fələstinli 9 yaşlı qız uşağı Nida Əl-Cəabiz dünən gecə işğal olunmuş Qüdsün cənub şərqində yerləşən Cəbələl-Mübəkkir məhəlləsində bir sionistin idarə etdiyi avtomobilin üstünə sürməsi və onunla toqquşması nəticəsində həyatını itirib. Bu qəzanı törədən sionist şəhərcik sakini aradan çıxıb və sionist rejim polisi hələ onun saxlanılması üçün heç bir təşəbbüs həyata keçirməyib.
Fələstin informasiya nazirliyinin verdiyi məlumata görə, 2000-ci ildən indiyədək 27 min fələstinli uşaq sionist rejim tərəfindən öldürülüb.
2000-ci il dekabrın 28-də Qüds intifazəsi başlanandan 2016-cı ilin sonunadək ən azı 2 min 70 fələstinli uşaq şəhid edilib 13 min uşaq isə yaralanıb.